24 İyul 2026
Ölkə futbolu

“Kəpəz” “Saraqosa”nın sabiq üzvü ilə anlaşdı

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumata görə, gürcüstanlı Georgi Papunaişvili “sarı-göylər”in şərəfini qoruyacaq.

27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Tbilisi “Dinamo”sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da çıxış edib, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. O, Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb və Gürcüstan yığmasında 12 oyuna 2 qol vurub.

Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Papunaişvilinin son klubu ölkəsində “Telavi” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43