21 İyul 2026
Ölkə futbolu

“Kəpəz”də son durum: dördü müəyyən, biri qeyri-müəyyən

Bu gün Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Araz Naxçıvan”ı qonaq edəcək “Kəpəz” matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, komandanin heyətində Ehtiram Şahverdiyev zədəlidi. Onun bugünkü oyunda oynaması gözlənilmir.

Əvəzində Şuaybu, Vurğun Hüseynov, Elmir Tağıyev və Mate Kvirkiviya Azər Məmmədovun sərəncamında olacaq. Onların meydana çıxıb-çıxmayacağına isə komandanın məşqçilər korpusu qərar verəcək.

Qeyd edək ki, görüş saat 17:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43