Kateqoriyasız

“Kəpəz”də yeni baş məşqçi – Rəsmi

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yeni mövsümdə komandanı Yaşar Vahabzadə çalışdıracaq. Babək Alxasov, Vidadi Rzayev və Nadir Şükürov isə onun köməkçiləri təyin olunub.

Artıq Gəncəyə yollanan Y. Vahabzadə köməkçiləri ilə birlikdə klubun məskunlaşdığı şəhər stadionunda futbolçular və texniki heyətlə görüşüb. Tanışlıq xarakteri daşıyan görüşə son mövsümdə komandanın heyətində çıxış etmiş 12 oyunçu qatılıb.

Məşqçilər korpusu həmçinin, stadionun əsas və yardımçı meydançasının durumu ilə yaxından maraqlanıb. AFFA tərəfindən tikintisi davam etdirilən süni örtüklü meydana da baxış keçirilib.

Xatırladaq ki, Y. Vahabzadə bundan öncə də “Kəpəz”də çalışıb. O, Gəncə klubunun Premyer Liqada yarışdığı son mövsümdə 2017/2018-ci illərdə əsas komandanın məşqçilər korpusunda yer alıb. AFFA Məşqçilər Komitəsinin üzvü olan 59 yaşlı çalışdırıcının rəhbərlik etdiyi 21 yaşlılardan ibarət Azərbaycan yığması iki il öncə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43