Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.
İdmaxeber.az-ın məlumatına görə, ilk olaraq “Səbail” “Kəpəz”i qəbul edib.
“ASCO Arena”dakı qarşılaşçada qapılara qol vurulmayıb – 0:0. “Dənizçilər” 22 xalla 3-cü, “Kəpəz” 10 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci matçı Qəbələdə gerçəkləşib. Şəhərin eyni adlı komandası “Turan Tovuz”u qəbul edib. Oyun “qırmızı-qaralar”ın qələbəsi ilə başa çatıb – 4:0.
Bu nəticənin ardından meydan sahibləri 11 xalla 9-cu pilləyə yüksəlib. Tovuz klubu isə 15 xalla 8-ci sırada yer alıb.
Azərbaycan Premyer Liqası
XIV tur
25 noyabr (şənbə)
14:00. “Səbail” – “Kəpəz” 0:0
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”
16:00. “Qəbələ” – “Turan Tovuz” 4:0
Qollar: Bilal Auaşeriya, 42, 49, 85,Samuel Tetteh, 53
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Qəbələ şəhər stadionu

