01 İyul 2026
Ölkə futbolu

“Kəpəz”in BÖYÜK PROBLEMİ həll olunur – bu həftə

“Kəpəz” klubunda maliyyə durumunu yaxşılaşdırmaq üçün Müşahidə Şurası yaradılır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, MŞ-na yerli iş adamlarının cəlb edilməsi nəzərdə tutulub. Sahibkarlar isə bunun qarşılığında klubun büdcəsinə ianə edəcək. 

Ötən mövsümdən sponsor arayışında olan Gəncə klubu istəyinə çata bilməyib. Bu səbəbdən də rəhbərlik bu üsulla klubun büdcəsini artırmağı və müəyyən probemləri həll etmək niyyətindədi. 

Ancaq klub rəhbərliyi bununla da kifayətlənmək istəmir. Hazırda adı açıqlanmayan bir şirkətlə sponsor danışıqlarının davam etdiyi bildirilir. 

Müşahidə Şurasının tərkibinin bu həftə rəsmi şəkildə açıqlanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43