22 İyul 2026
Ölkə futbolu

“Karvan-Yevlax” “Kəpəz”lə qarşılaşır

Mövsümün ikinci yarısına Azərbaycanda hazırlaşan Premyer Liqanın iki təmsilçisi bu gün yoxlama oyununda üz-üzə gələcəklər. 

İdmanxeber.az xəbər verir ki, “Karvan-Yevlax” ilə “Kəpəz” Yevlaxda qarşılaşacaqlar.

Qarşılaşma saat 14:00-da start götürəcək.

Qeyd edək ki, bu, “Karvan-Yevlax”ın ilk sınaq görüşü olacaq. “Kəpəz” isə daha əvvəl yoxlama matçında “Qəbələ”yə 1:3 hesabı ilə uduzub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43