01 İyul 2026
İdman

“Kəpəz”in ev oyunlarını keçirəcəyi Yevlax şəhər stadionunun son durumu – ÖZƏL FOTOLAR

"Kəpəz"in cari mövsüm I dövrənin ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcəyi ilə bağlı xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, stadionda bir çox təmizlik işləri yekunlaşıb, stadionun ot örtüyünün suvarmasına başlanılıb. 

Avqust ayının 20-si Azərbaycan Premyer Liqasının II turu çərçivəsində Gəncə klubu 2Zirə"ni məhz bu stadionda qəbul edəcək.

QEYD: Fotolar İdmanxeber.com saytına məxsusdu!

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43