Ukraynalı məşqçi Yuri Maksimov “Keşlə”ni tərk edib.
İdmanxeber.com-un məlumatına görə, o, bununla bağlı qərarını bu gün açıqlayıb. Maksimov ona təklif olunan müqavilənin şərtləri ilə razılaşmadığı üçün bu addımı atıb.
O, komandanı Avropa Liqasının I təsnifat mərhələsində Maltanın “Baltsan” klubuna qarşı cavab görüşünə çıxarmayacaq.
Qeyd edək ki, “Baltsan” “Kelşlə”yə il kgörüşdə rüsvayçı yenilgi yaşatmışdı – 4:1.
Əlavə edək ki, Maksimov “Keşlə”yə ötən mövsüm Azərbaycan kubokunu qazandırıb.

