22 İyul 2026
Ölkə futbolu

Kevin Medinanın son durumu bəlli oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda İtaliyada “Napoli” ilə keçirilən səfər oyununda zədə alan “Qarabağ”ın futbolçusu Kevin Medinanın hazırkı durumu bəlli olub.

İdmanxeber.az xəbər verir ki, bu gün aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib. 32 yaşlı futbolçunun komandanın növbəti məşqindən etibarən heyətə qoşulması gözlənilir.

Xatırladaq ki, ötən gün keçirilən matçda “Napoli”nin futbolçusu Skott Maktomineyin 51-ci dəqiqədə qapıya vurduğu top Medinanın üzünə dəymiş, nəticədə o, huşunu itirərək yerə yıxılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43