Cəbhədə baş verən məlum hadisələr Azərbaycan klublarının fan klublarını bir araya gətirib.
İdmanxeber.com-un məlumatına görə, fan-klublar bu gün Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanına yürüş edəcək. Elmlər Akademiyası metrostansiyası yaxınlığında toplaşacaq fan-klub üzvləri Şəhidlər Xiyabanına qədər yürüş edəcək.
Belə ki, "Sector 11", "Forza Neftçi”, "Xəmsə Kəpəz Ultras”, "İnterfan”, "The Capital”, "İmarət”, "1951 fan”, "Qarabağ Ordusu”, "Qisas”, "Green Gate”, "Caspian Ultras” və "Qəbələfan” fan-klublarının üzvləri bir araya gələcək.
Qeyd edək ki, yürüş 13:30-da başlayacaq.

