28 İyul 2026
Ölkə futbolu

“Konkret kimin gedəcəyi və ya qalacağı bəlli deyil” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis transfer barədə danışıb. O, futbolçulara maraq olduğunu bildirib:

“Həm yerli, həm də əcnəbi futbolçularımıza maraq var. Menecerlər tez-tez əlaqə saxlayırlar. Konkret kimin gedəcəyi və ya qalacağı bəlli deyil. Bu, Marko Yankoviçə də aiddir. Bütün mövqelər üçün oyunçu axtarırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43