27 İyul 2026
Kateqoriyasız

Kubokun finalının keçiriləcəyi yer məlum oldu

Azərbaycan kubokunun finalının keçiriləcəyi yer bəlli olub.

İdmanxeber.com-un öncədən də verdiyi xəbər təsdiqini tapıb. PFL kubokun finalının Qəbələdə keçirilməsini münasib bilib.

Beləliklə, ölkə kubokunun finalı iyunun 3-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, ilk dəfə əyalətdə baş tutacaq Azərbaycan kubokunun finalında “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43