Latviya Futbol Federasiyası və Polşa Futbol İttifaqı UEFA-nın bayrağı altında keçirilən gənclərin turnirlərində Rusiya yığması ilə oyunlarda komandalarını meydana çıxarmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə hər iki qurumun mətbuat xidməti məlumat yayıb. Daha əvvəl İngiltərə və Ukrayna da eyni addımı atmışdı.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi Rusiyanın 17 yaşadək komandalarının turnirlərə qatılmasına icazə verib.

