22 İyul 2026
Dünya futbolu

“Nəyəsə nail olmaq istəyirəm” – Harri Keyn

“Bavariya”nın hücumçusu Harri Keyn “YouTube”da dünya və Avropa çempionu Gerd Müllerin qollarının videolarını izlədiyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu bunlardan yararlandığını qeyd edib:

“Düzünü desəm, ən çox özümə təzyiq edirəm. Mən nəyəsə nail olmaq istəyirəm. Müllerin necə olduğunu və necə oynadığını bilmək istəyirdim. O, inanılmaz qolçu idi və eşitdiyimə görə, hər şeydən əvvəl möhtəşəm insan idi. Mənim üçün onun izi ilə getmək xüsusi bir şeydir”.

Müller 1964-1979-cu illərdə “Bavariya”da çıxış edib. O, klub tarixinin bombardiri və futbol tarixinin bombardirləri siyahısında 8-ci yeri tutur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43