22 İyul 2026
Dünya futbolu

Yarımçıq qalan derbi tamamlandı

“Ayaks” və “Feyenoord” arasında bazar günü hesab 0:3 olarkən yarımçıq qalan görüş bu gün başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, oyun “Ayaks” azarkeşlərinin çıxartdığı hadisələrə görə təxirə getmişdi. Matç 55-ci dəqiqədən etibarən azarkeşlərsiz davam edib.

“Feyenoord” daha 1 qol vuraraq əzəli rəqibini səfərdə 4-0 hesabı ilə məğlub edib.

22 yaşlı Meksikalı forvard Santyaqo Ximenes görüşdə het-trik edib.

“Feyenord” 14 xalla turnir cədvəlində 3-cü pillədə, “Ayaks” isə 5 xalla 14-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43