21 İyun 2026
Dünya futbolu

“Liverpul” “Bavariya”nın təklifini geri çevirdi

“Bavariya” “Liverpul”un kolumbiyalı futbolçusu Luis Diası heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi Premyer Liqa klubuna 67,5 milyon avroluq təklif verib. “Qırmızılar” isə bu təklifi qəbul etməyib. 

Mersisayd təmsilçisi 28 yaşlı vingerin qiymətini 100 milyon avro bəlirləyib.

O, son mövsümdə Premyer Liqada 36 oyuna çıxaraq, 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43