“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Udineze”dən ayrılmağa yaxın olan Aleksis Sançezə gözünü dikib. “Fənərbağça” illik 4 milyon avrodan iki illik sözləşmə təklif edib.
Çilili hücumçu “Barselona” , “Arsenal” , “Mançester Yunayted” və “İnter” kimi Avropa nəhənglərinin formasını geyinib.

