21 İyun 2026
Ölkə futbolu

“Qarabağ” Avstriya çempionuna uduzdu

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi 4-cü yoxlama görüşündə bu gün “Zalsburq”la qarşılaşıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avstriya çempionuna 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” Avstriya toplanışını iyulun 16-da başa vuracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43