Dünya futbolu

“Liverpul” futbolçusunu “Monako”ya satdı

“Liverpul” futbolçusu Takumi Minaminonu Fransanın “Monako” klubuna satıb.

İdmanxeber.az “L`Equipe” nəşrinə istinadən xəbər verir ki, yaponiyalı vinger artıq yeni klubu ilə müqavilə imzalayıb.

“Monako”nun 27 yaşlı futbolçu üçün “Liverpul”a 15 milyon avro ödədiyi bildirilir. Daha 3 milyon avro bonuslar nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43