Kateqoriyasız

“Ərzurum toplanışında 3 ciddi rəqiblə qarşılaşacağıq” – Azər Bağırov

“Transfer çalışmaları davam edir. Bir neçə futbokçu ilə danışıqlar gedir”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Növbəti mövsüm birinci divizionda mübarizə aparacaq Naxçıvan təmsilçisinin çalışdırıcısı təlim-məşq toplanışında 5 yoxlama görüşü keçirəcəklərini bildirib:

“Türkiyənin Ərzurum şəhərində 5 yoxlama oyunu keçirəcəyik. Bunlardan 3-ü çox ciddi, digər 2-si isə ortabab komandalar olacaq. Artıq rəqiblərdən ikisi məlumdu. Bunlar Küveytin “Əl Ərəbi” və Türkiyənin “1461 Trabzon” klublarıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43