Kateqoriyasız

Türkiyəli futbolçu İngiltərə klubunda

“Fənərbağça”nın futbolçusu Ozan Tufan karyerasını İngiltərədə davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Hall Siti”yə keçəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ozan “pələnglər”lə danışıqları yekunlaşdırmaq üçün İngiltərəyə gedəcək. O, tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.

“Hall Siti” yeni mövsümdə Çempionşipdə çıxış edəcək.

Klubun sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43