“Liverpul” İbrahima Konateyə yeni yüksək maaşlı müqavilə təklifi göndərib.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi şərtləri qəbul edərsə, komandanın ən çox qazanan futbolçularından olacaq.
Konatenin “Liverpul”la müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, hələ qərar verməyib – ya komandada qalacaq, ya da azad agent kimi “Real”a keçə bilər.
Konate bu mövsüm 15 oyunda meydana çıxıb.

