13 İyun 2026
Dünya futbolu

“Liverpul”un müdafiəçisinə 20 milyonluq təklif

“Liverpul”un müdafiəçisi Vircil van Deyk karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Əl Hilal” klubu futbolçunun xidmətində maraqlıdır. Ərəblər 33 yaşlı müdafiəçiyə ildə 20 milyon avro ödəməyə hazırdır.

Niderlandlı oyunçunun “Liverpul”la müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. O, cari mövsüm bitdikdən sonra gələcəyi ilə bağlı qərar vermək istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43