Kateqoriyasız

Məsut Özildən Emeriyə sərt tənqid: “Vallah, sən məşqçi deyilsən”

“Arsenal”ın futbolçusu Məsut Özilin komandanın baş məşqçisi Unai Emerini sərt tənqid etdiyi bildirilir.

İdmanxeber.az “Hürriyet”-ə istinadən xəbər verir ki, türkəsilli alman futbolçu Bakıdakı finalın 77-ci dəqiqəsində əvəzlənərkən mütəxəssisdən narazılığını ifadə edib.

Onun həmin vaxt Emeriyə “Vallah, sən məşqçi deyilsən” dediyi bildirilib.

Qeyd edək ki, Özilin “Arsenal”dan ayrılacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43