Kateqoriyasız

Mahir Emreli “Şkupi” ilə görüşü buraxacaq

Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” (Zaqreb) bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Şkupi” ilə qarşılşacaq..

İdmanxeber.az-ın məlumatına görə, həmyerlimiz bu görüşdə Xorvatiya təmsilçisinə kömək edə bilməyəcək.  Bu barədə “Dinamo” komandasının baş məşqçisi Ante Çaçiç məlumat verib. O, oyundan öncə keçirilən mətbuat konfransında Mahirlə yanaşı,  Boşko Şutalo və Marko Bulatın zədə səbəbindən heyətdən kənarda qaldığını söyləyib.

Qeyd edək ki, “Dinamo” – “Şkupi” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43