“Mançester Siti”nin sabiq hücumçusu Stevan Yovetiçin yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, forvard “Omoniya” ilə anlaşıb. O, yeni komandasıyla 2 illik müqavilə imzalayıb.
34 yaşlı futbolçu əvvəllər “Fiorentina”, “Mançester Siti”, “İnter”, “Sevilya”, “Monako”, “Herta”, “Olimpiakos” klublarında oynayıb.