02 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted” 5 illik müqavilə bağlayır

“Mançester Yunayted” Kobbi Meynu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər artıq razılığa gəlib və 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik sözləşmə bağlanacaq. Yeni müqaviləyə əsasən, onun həftəlik maaşı 150 min funt olacaq.

Klubun akademiya yetirməsi olan Meynu bu mövsüm 25 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43