“Mançester Yunayted” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün növbəti hədəfini müəyyənləşdirib.
İdmanxeber.az-ın məlumatına görə,İngiltərə nəhənginin diqqət mərkəzində “Nyukasl”ın italiyalı yarımmüdafiəçisi Sandro Tonali dayanır. Son məlumatlara görə, mançesterlilər futbolçunun transferi üçün ciddi hazırlıqlara başlayıblar.
“Nyukasl” isə əsas oyunçularından birini itirmək istəmir. Buna görə də klub Tonali üçün təxminən 100 milyon funt-sterlinq tələb edir. “Arsenal” və “Mançester Siti”nin də futbolçu ilə maraqlandığı bildirilir.
Buna baxmayaraq, “Mançester Yunayted”in transfer yarışında ön plana çıxdığı qeyd olunur. Tonalinin gələcəyi ilə bağlı yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.

