Azərbaycan Premyer Liqasının 23-cü turunda “Karvan-Yevlax” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, oyun öncəsi iki komandanın da heyətində ciddi itkilər var. “Sumqayıt”da Aleksandr Ramalinqom və Nikola Ninkoviç cəzalı olduqları üçün Yevlaxdakı qarşılaşmada iştirak etməyəcəklər. Ronaldo Vaskeslə Roi Kehart isə zədə səbəindən kənarda qalacaqlar.
Yevlax təmsilçisində də itkilər var. Samuel Durrant və Əli Abdullayev zədəlidir. İki futbolçu da görüşü kənardan izləyəcək.
Qeyd edək ki, “Karvan-Yevlax” – “Sumqayıt” qarşılaşması martın 7-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.

