28 İyul 2026
Dünya futbolu

Mbappe fransalını PSJ-yə gətirir

“Ayntraxt”ın hücumçusu Randal Kolo-Muani karyerasını Fransada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisinin hücumçusu Kilian Mbappe oyunçunu komandaya gəlməyə razı salıb. Muani ulduz futbolçunun israrından sonra transferə razılıq verib.

24 yaşlı fransalı futbolçu ötən yaydan “Ayntraxt”da çıxış edir.

Bu mövsüm o, klubun heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 20 qol vurub və 14 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43