28 İyul 2026
Dünya futbolu

Gənc ulduz “Real”ı seçdi

“Borussiya”nın futbolçusu Jud Bellinqem karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya mətbuatı ingiltərəli oyunçunun “Real”da oynamaq istədiyini bildirib. Avropada bir neçə klubun diqqət mərkəzində olan gənc futbolçu “kral klubu”nda forma geyinməyi seçib.

Dortmund təmsilçisi Bellinqem üçün 120 milyon avro təzminat tələb edir. Yayda ingiltərəlinin “Real”a transfer olacağı gözlənilir.

O, “Borussiya” forması ilə 129 matçda 21 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43