15 İyul 2026
Kateqoriyasız

Messi “Barselona”ya şərt qoydu

Lionel Messi “Barselona”nın yeni müqavilə təklifinə müsbət yanaşıb.

İdmanxeber.az-ın məlumatına görə, müqaviləsinin bitməsinə 18 ay qalan argentinalı ulduz yeni sözləşməsində hər mövsümün sonunda müqaviləsini tək tərəfli ləğv etmək ixtiyarında olmaq istəyir. Messi bu şərtin yeni müqaviləsində olmasını irəli sürəcək.

“Barselona”nın prezidenti Xosep Bartomeu daha öncə 32 yaşlı hücumçunun azı 5 il komandada oynayacağına şübhə etmədiyini demişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43