Kateqoriyasız

Nikola Yurçeviç: “Daha çox xal toplaya bilərdik”

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibə verib.

53 yaşlı mütəxəssis Azərbaycan yığmasının AÇ-2020-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib:

“Rəqiblərimiz üçün əlverişsiz idik. Daha çox xal toplaya bilərdik. Azərbaycanda oyunçular bazası reytinqimizi nəzərə alsaq, keyfiyyətlidi. Çempionat baxımından isə 8 komanda var idi və 40-dək oyunçu arasından 20-25-ni seçməli idik. Düşünürəm ki, sıçrayışdan məmnun olmalıyıq. Amma Macarıstanda son dəqiqələrdə təmiz qolumuz oğurlandı. Xorvatiya, Uels və elə Macarıstanın özünün necə uyğunsuz vəziyyətə düşdüyünü görməyə dəyərdi”.

Azərbaycan millisi qrupda 1 xal toplamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43