“İnter Mayami”nin hücumçusu Lionel Messi klub tarixinin bombardiri siyahısında dördüncü pilləyə yüksəlib.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı argentinalı Amerika klubunda keçirdiyi ilk 4 matçda 7 qol vurub. “İnter Mayami”nin bombardiri siyahısına 29 qolla Qonsalo İquain başçılıq edir. İkinci yeri 16 qolla Leonardo Kampana tutur, Robert Teylor isə 8 qolla üçüncüdür.
İyulun 15-də “İnter Mayami” Messinin transferini elan edib. O, Amerika klubu ilə 31 dekabr 2025-ci ilə qədər müqavilə imzalayıb.

