İspaniya La Liqasının sonuncu turunun "Vilyareal" – "Barselona" oyununda xoşəgəlməz hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, sözügedən qarşılaşmada qonaqların ulduz futbolçusu Lionel Messi diqqət mərkəzinə düşüb.
Argentinalının uzaq məsafədən “Vilyareal”ın qapısına endirdiyi zərbədən sonra top qapının üstündən keçərək tribunalarda əyləşmiş qadın azarkeşlərdən birinin başına dəyib.
Zərbənin gücündən gənc qız huşunu itirib, ona stadiondakı tibb işçiləri yardım ediblər.

