21 İyul 2026
Dünya futbolu

“Milan” “Valensiya”dan oyunçu alır

 “Milan” Xavi Gerranın transferi üçün danışıqları sürətləndirib.

İdmanxeber.az-ın məlumatına görə, “Rossoneri” 22 yaşlı ispan yarımmüdafiəçini heyətinə qatmaq üçün “Valensiya”ya 20 milyon avro ödəməyi planlaşdırır. Hələlik tərəflər arasında danışıqlar davam edir.

İddia edilir ki, “Milan” futbolçunu razı sala bilib. Ancaq La Liqa klubu ilə hələ ki, anlaşma yoxdur. Yaxın günlərdə transferin yekunlaşması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43