26 İyun 2026
Ölkə futbolu

Millimiz Moldova ilə qarşılaşacaq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Moldovanın paytaxtı Kişinyovda UEFA İnkişaf Turnirində ilk matçına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Bakı vaxtilə saat 15:30-da başlanacaq qarşılaşma “Zimbru” stadionunda keçiriləcək.

Komandamızın növbəti oyunları aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya futbolçuları olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43