19 İyun 2026
Ölkə futbolu

Millimizin dünya kubokundakı rəqibləri müəyyənləşdi

İtaliyanın Yezolo şəhərində çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, seçmə mərhələ oyunları bu il sentyabrın 2-dən 11-ə qədər püşkatma mərasimin təşkil olunduğu şəhərdə keçiriləcək.


Azərbaycan milli komandası Macarıstan, Fransa və Bolqarıstan yığmaları ilə birgə “G” qrupunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43