UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların siyahısı dərc olunub.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda uzun illər “Araz-Naxçıvan”ın formasını geyinən və bu klubla bürünc medal qazanan, həmçinin Serbiya çempionu “Ekonomaç”la analoji yarışa qatılan Vitali Borisovun da adı var. O, ÇL-də 45 qol vurmağı bacarıb.
Borisov bu göstərici ilə 4-cü pillədədir. Lider isə Portuqaliya futzalının əfsanəsi Rikardinyodur. Cari mövsümdə Latviya çempionu “Riqa”nın forması ilə Çempionlar Liqasında iştirak edən məşhur “10 nömrə”nin aktivində 55 qollu var.
Andre Vanderley 54, Lusio isə 50 qol vurub. İlk “5-liy”i Sirilo qapayır – 44 qol.
Qeyd edək ki, karyerasını başa vurmuş Vitali Borisov hazırda Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun baş məşqçisidir.

