İspaniyanın ikinci liqasında 30-cu turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Kordoba” səfərdə “Numansiya” ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb – 1:1. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Kordoba” geridə qalan turlarda topladığı 47 xalla 22 komanda arasında dördüncü pillədə qərarlaşıb.

