Dünya futbolu

Millimizin üzvü oynadı, komandası darmadağın oldu

Cənubi Koreya çempionatının 10 -cu turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi “Tedjon Xana Sitizen” doğma meydanda “Jeju Yunayted”i qəbul edib.

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Anton da oyunun iştirakçısı olub. 

O, matça əsas heyətdə başlayıb və sona qədər meydanda qalıb.

“Tedjon Xana Sitizen” 17 xalla turnir cədvəlində 4-cü pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43