17 İyun 2026
Dünya futbolu

Modriç Ronaldonun, yoxsa Messinin komanda yoldaşı olacaq?

“Real”dan ayrılacağını açıqlayan Luka Modriç özünə yeni klub axtarır.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı futbolçu Kriştiano Ronaldo və ya Lionel Messinin komanda yoldaşı ola bilər. Modriç klublararası dünya çempionatından sonra azad agent kimi “Real”dan ayrılacaq.

Onun xidmətində bir neçə klubun maraqlı olduğu bildirilir. Bunların arasında “Əl-Nəsr”lə “İnter Mayami” var. Yarımmüdafiəçi ilə Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu və bir neçə Braziliya təmsilçisi də maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43