“Monako” 19 yaşlı yarımmüdafiəçi Aladji Bamba ilə yeni müqavilə imzalayıb.
İdmanxeber.az xəbər verir ki, gənc futbolçunun klubla anlaşması 5 il müddətinə uzadılıb.
Bamba bu mövsüm “Monako”nun əsas komandasında debüt edib və artıq 5 oyunda forma geyinib. O, eyni zamanda Fransanın U-20 millisinin üzvüdür.

