İdman

Mourinyo onu Avroliqada istəmədi: “Qırmızı şeytanlar”ın heyəti açıqlandı

“Mançester Yunayted”in Avropa Liqasının qrup mərhələsi üçün heyəti açıqlanıb.

İdmanxeber.com-un istinadən məlumatına görə, baş məşqçi Joze Mourinyi 27 futbolçuya etimad göstərib.

Portuqaliyalı mütəxəssis gözlənildiyi kimi Bastian Şvaynştaygeri heyətdə görmək istəməyib.

Qeyd edək ki, ötən il 9 milyon avroya “Mançester Yunayted”ə tranfer olunan Şvaynştaygerin klubla müqaviləsi 2018-ci ilin iyununda başa çatır. Joze Mourinyo dəfərlərlə onu heyətdə görmək istəmədiyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43