İsveç çempionatının 16-cı turunun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” doğma meydanda lider “Elfsborq”a məğlub olub -0:4. Həmyerlimiz də görüşün iştirakçısı olub.
O, matçın ikinci hissəsində meydana çıxıb və sona qədər oyunda qalıb. Böyükhesablı məğlubiyyətin ardından Qurbanlı sosial şəbəkə hesabından paylaşım edib.
Hücumçu azarkeşlərə “Dəstəyiniz üçün təşəkkürlər. Daha güclü qayıdacağıq” deyə, bildirib.

