Kateqoriyasız

Mxitaryan Bakıya gələcək? – “Arsenal” açıqladı

“Arsenal” bəyanat yaydı

İdmanxeber.az İngiltərə mətbuatına istinadən bildirir ki, London təmsilçisi Henrik Mxitaryanın Bakıya gəlib-gəlməməsi ilə bağlı bəyanat yayıb. “Arsenal” klubu açıqlamada oyunçularının təhlükəsizliyinin onlar üçün vacib olduğunu bildirib:

“Oyunçularımızın, işçilərimizin təhlükəsizliyi və mühafizəsi bizim üçün hər zaman əsas məsələdir. Vəziyyəti müzakirə etdikdən, futbolçu ilə danışdıqdan sonra yekun qərarımızı verəcəyik”.

Qeyd edək ki, Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. Bu səbəbdən 29 yaşlı yarımmüdafiəçinin “Qarabağ”la Bakıdakı oyuna gəlməsi qeyri-mümkündür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43