Kateqoriyasız

“Mxitaryanı Bakıya getməyə məcbur edə bilmərəm” – “Arsenal”ın baş məşqçisi

“Bu səhər Mxitaryanla da danışdım. Bu şəxsi qərardır. Mən ona hörmət edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Unayi Emeri deyib.

Təcrübəli çalışdırıcı Mxitaryanın Bakıya gəlmək istəməməsini normal qarşıladığını bildirib:

“Onun bizimlə olmasını istəyərdim. Onun ailəsi və özüylə danışıldıqdan sonra belə bir qərar verildi. Onu özümüzlə gəlməyə məcbur edə bilmərəm. Çünki mən ona və qərarlarına hörmət edirəm. Bu mənim əlimdən gələn bir şey deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43