“Napoli” hücumçu Romelu Lukakunu klub qaydalarını pozduğuna görə cərimələyib.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçu rəhbərliyin icazəsi olmadan təxminən 2 həftə komandadan uzaq qaldığı üçün aylıq maaşının 20 faizi — təxminən 150 min avro məbləğində cərimələnib.
Zədədən yeni çıxan hücumçu bu mövsüm az oyun keçirib və cəmi 1 qol vurub.

