Kateqoriyasız

“Neftç” – “Aris”: hakim təyinatları açıqlandı

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə keçirəcəyi cavab oyununun təyinatları açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da təşkil olunacaq görüşə Almaniyadan olan hakimlər təyinat alıb. Baş hakim Bastian Dankertə Yan Zidel və Eduard Baytinger kömək edəcəklər. Dördüncü hakim Sven Yablonski olacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma 21 iyul tarixində Kiprdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43