“Fənərbağça”nın heyətdən kənarlaşdırılan futbolçusu Cenk Tosuna təklif var.
İdmanxeber.az-ın məlumatına görə, “Kocaelispor” təcrübəli forveti transfer etmək istəyir. Yenidən milli komandaya qayıtmaq istəyən Tosunun bu təklifə müsbət baxdığı bildirilir.
Kocaeli təmsilçisi yaxın günlərdə həm futbolçunun özü, həm də “Fənərbağça” rəhbərliyi ilə görüş keçirəcək.
Xatırladaq ki, Türkiyə millisinin sabiq üzvünün adı “Neftçi” ilə hallanırdı.

